Zelenski Hakan Fidanı “Xidmətlərinə görə” ordeni ilə təltif etdibackend

Zelenski Hakan Fidanı "Xidmətlərinə görə" ordeni ilə təltif etdi

Ukrayna prezidenti Volodimir Zelenski Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb və onu “Xidmətlərinə görə” II dərəcəli ordeni ilə təltif edib.

KONKRET.az xəbər verir ki, prezident sülhün bərqərar olması istiqamətindəki fəaliyyətinə görə Türkiyəyə və şəxsən nazirə təşəkkürünü bildirib. Görüş zamanı tərəflər diplomatik vəziyyəti, sülhə nail olmaq üçün atıla biləcək addımları, həmçinin döyüş meydanındakı vəziyyəti müzakirə ediblər.

Zelenski, eyni zamanda, ikitərəfli əlaqələrə və Ukrayna ilə Türkiyə arasında azad ticarət zonası haqqında sazişin icrasına toxunaraq, iki ölkə arasında ticarət dövriyyəsinin artacağına ümid etdiyini vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*