Yeni müdafiə naziri məlum oldubackend

Yeni müdafiə naziri məlum oldu

Ukrayna prezidenti Volodimir Zelenski müdafiə naziri vəzifəsinə Yevgeni Xmaranın namizədliyini irəli sürüb.

KONKRET.az xəbər verir ki, hüquqi prosedurlar başa çatana qədər Xmara Müdafiə Nazirliyinin rəhbəri vəzifəsini icra edəcək, daha sonra prezident onun təyinatının təsdiqlənməsi üçün Ali Radaya müraciət edəcək.

Yevgeni Xmara general-mayordur və Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) kadr zabitidir. O, 2011-ci ildən SBU-nun “Alfa” xüsusi təyinatlı dəstəsində xidmət edir. 2023-cü ildə “A” Xüsusi Əməliyyatlar Mərkəzinə rəhbərlik edən Xmara, 2026-cı ilin yanvarından etibarən isə SBU rəhbərinin vəzifələrini icra edirdi.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*