“Trabzonspor” – “Fənərbaxça” oyununa görə 12 nəfər saxlanıldıbackend

“Trabzonspor” – “Fənərbaxça” oyununa görə 12 nəfər saxlanıldı

“Trabzonspor”la “Fənərbaxça” arasında keçirilən qalmaqallı oyunda 12 nəfər saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

Nazir araşdırmaların davam etdiyini bildirib: “İndiyədək müəyyən edilən 12 şəxs barəsində məhkəmə işi başlayıb. Hazırda istintaq davam edir”.

Qeyd edək ki, ötən gün Türkiyə Super Liqasının 30-cu turunda keçirilən “Trabzonspor” – “Fənərbaxça” (2:3) oyununda meydan sahibinin azarkeşləri rəqib futbolçulara hücum çəkiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*