Donald Tramp tərəfindən Amerika “demokratiyası təhlükə altındadır”.
KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden deyib.
Aşağı reytinqlər və yaşının irəliləməsi ilə bağlı narahatlıqlarla üzləşən Bayden, Trampın ikinci prezidentliyinin ABŞ-ın “dünyanın aparıcı çırağı” statusuna gətirəcəyi “təhlükələri” açıqlayaraq, tərəfdarlarını oyaq olmağa çağırıb.
Bayden, Trampın Amerikanı Yenidən Böyük Et (MAGA) hərəkatının avtoritar dəyərləri ilə təhdid etdiyini bildirib.
“Amerikada təhlükəli bir şey baş verir.Demokratiyamızın əsas inanclarını bölüşməyən bir ekstremist hərəkat var.MAGA hərəkatı.Tarix bizi yeni sınaq dövrünə gətirdi”, – Bayden qeyd edib.
Ariz Həsənoğlu,
KONKRET.az
