“Trampa səs vermək Putinin komandasına səs verməkdir” – Hillari Klintonbackend

"Trampa səs vermək Putinin komandasına səs verməkdir” - Hillari Klinton

ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton eks-prezident Donald Trampın dəstəklənməsini Rusiya prezidenti Vladimir Putinə rəğbət kimi qiymətləndirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə keçmiş dövlət katibi X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Macarıstanın baş naziri Viktor Orbanın Trampın yenidən prezident olacağı təqdirdə Ukrayna tərəfinə pul ayırmayacağına dair söz verdiyi, Avropanın münaqişəni maliyyələşdirə bilməyəcəyi və müharibənin bitəcəyinə dair açıqlamasını H.Klinton belə şərh edib: “Hər gün daha da aydın olur: Trampa səs vermək Putinin komandasına səs verməkdir”.

Qeyd edək ki, bir müddət öncə Donald Tramp Macarıstan hökumətinin başçısını Mar-a-Laqodakı malikanəsində qəbul edib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*