Türkiyə hərbçiləri 1 il də Azərbaycanda qalacaq – Qanun qüvvəyə mindi + FOTOLARbackend

Türkiyə hərbçiləri 1 il də Azərbaycanda qalacaq - Qanun qüvvəyə mindi + FOTOLAR

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı vəzifə müddətinin daha bir il uzadılması ilə bağlı prezident memorandumunun qəbuluna dair Türkiyə Böyük Millət Məclisinin qanunu qüvvəyə minib.

KONKRET.az xəbər verir ki, bu haqda sənəd “Rəsmi Qəzet”də dərc olunub.

Qanunda Azərbaycan, Ermənistan və Rusiyanın 9 noyabr 2020-ci il tarixində imzaladığı Üçtərəfli Bəyannamədə nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycana güclü dəstək verən Türkiyə bundan sonra da regionda sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsinə mühüm töhfələr verəcək.

Xatırladaq ki, qanun layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə TBMM-ə göndərilmiş və parlament tərəfindən qəbul edilmişdi.

Qeyd edək ki, 2021 və 2022-ci illərin noyabrında da Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb. Qafqazinfo


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*