Türkiyə koronavirusa yoluxanların sayına görə 10-cu oldubackend

Türkiyə koronavirusa yoluxanların sayına görə 10-cu oldu

Bu gün Türkiyədə 2456 koronavirusa yeni yoluxma faktı aşkarlanıb. Son sutka ərzində bu virusdan ölənlərin sayı isə 79 nəfər olub.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca öz sosial media hesabında məlumat verib.

Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 18135-ə, ölənlərin sayı isə 356-ya çatıb.

Qeyd edək ki, hazırda Türkiyə koronavirusa yoluxma sayına görə dünya üzrə 10-cu yerdədir.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*