“Ukraynanın yeni müdafiə naziri Rüstəm Umerov Türkiyədə qadağan olunmuş Fətullah Gülənin FETÖ təşkilatı ilə bağlıdır”.
KONKRET.az xəbər verir ki, bu barədə sensasion məlumatları Türkiyənin “Aydınlık” qəzeti yazıb.
Nəşrin verdiyi məlumata görə, “Umerov ölkənin Təhsil Nazirliyinin açdığı istedadlı uşaqlar üçün Krım internat məktəbində təhsil alıb. Bu müddət ərzində bu qurum FETÖ-dən dəstək alıb.
Məmurun qardaşı Ruslan Umerov da məktəbdə oxuyub. Hər ikisini Kiyevdə “Amerikanın uşaqları” adlandırırlar.
Rüstəm Umerov gəncliyində ABŞ Dövlət Departamentinin Gələcək Liderlərin Mübadiləsi (FLEX) proqramının iştirakçısı olub”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
