Türkiyə Qarabağ məsələsində aparılan danışıqlar formatında yer ala bilərmi? – Politoloqdan AÇIQLAMAbackend

Türkiyə Qarabağ məsələsində aparılan danışıqlar formatında yer ala bilərmi? - Politoloqdan AÇIQLAMA

Uzun müddətdir ki, beynəlxalq təşkilatlar ölkəmizə qarşı ikili münasibətini davam etdirir. Bu ikili münasibət daha çox Dağlıq Qarabağ münaqişəsinin həllində özünü daha çox büruzə verir. ATƏT-in Minsk Qrupunun uzun müddətdir ki, fəaliyyətsizliyi davam etməkdədir. Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə ATƏT-in Minsk Qrupunda həmsədr kimi iştirak edə bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, dövlətimiz tərəfindən Azərbaycan-Ermənistan münaqişəsində daim Minsk qrupunun həmsədrliyinə vasitəçi kimi Türkiyənin olmasını zamanla qabardıb:

“Amma Ermənistan və Rusiya buna qarşı olub. Əsasən Rusiya razılıq verərsə, əlbəttə ki, ermənilərin mövqeyi nəzərə alınmaz. Amma Rusiya Türkiyənin Cənubi Qafqazda mövqeyinin möhkəmlənməsini özünün geosiyasi maraqlarına təhlükə görür. Ona görə də, Ankaranın vasitəçi kimi münaqişənin tənzimlənməsində iştirakına imkan verilməyib. Hazırda baş verən proseslər regionda Türkiyənin lehinədir. Ermənistanın Tovuz hücumundan sonra artıq Türkiyə Qarabağ məsləsində söz sahibi olmaq hüququ əldə edib. Məhz Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışıqlarından sonra Moskva Türkiyənin regionda rolunu qəbul etmək məcburiyyətində qalıb. Hesab edirəm ki, Türkiyə daha da güclənər, Cənubi Qafqazada öz hərbi kontingentini saxlayarsa, məhz Qarabağ məsələsində aparılan danışıqlar formatında yer ala bilər”.

Nərgiz Mirzəyeva

KONKRET.az

  • Natiq
    Avqust 5, 2020 - 15:28

    TÜRKYƏ HƏRBİ QOŞUNLARINI AZƏRBAYCANDA SAXLAMALI VƏ QARABAG MƏSƏLƏSİNƏ HEC KİMLƏ MÜZAKİRƏ APARILMADA QOŞULMAGI VACİBDİR .BİZ BİR DƏFƏLİK BİLMƏLİYİK BİZ BİZİMKİYİK TÜRKƏ TÜRKDƏN BAŞQA CAN YANDIRAN OLMAZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*