Türkiyədə azərbaycanlı həkimlərlə görüş keçirildi – FOTOLARbackend

Türkiyədə azərbaycanlı həkimlərlə görüş keçirildi - FOTOLAR

Bu gün Ankarada yerləşən Şuşa Konfrans Zalında Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin və Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyinin birgə təşkilatçılığı ilə Türkiyədə səfərdə olan Azərbaycanın səhiyyə naziri Teymur Musayevin Türkiyədə çalışan və ya təhsilini davam etdirməkdə olan azərbaycanlı həkimlərlə görüşü keçirilib.

KONKRET.az xəbər verir ki, görüşdə səfir Rəşad Məmmədov çıxışı edərək, Türkiyədəki azərbaycanlı həkimlərin istər 44 günlük Vətən müharibəsində, istərsə də koronavirus pandemiyası dövründə fədakarlığını qeyd edib, görüşün xüsusi əhəmiyyətini vurğulayıb.

Səhiyyə naziri Teymur Musayev ölkəmizdə səhiyyə sahəsinə ayrılan xüsusi diqqətdən danışıb, son illərdə aparılan islahatlar barədə məlumat verib.

Azərbaycanlı Həkimlər Dərnəyinin rəhbəri Fərid Qasımzadə çıxış edərək, dərnəyin yaranması və fəaliyyətləri barədə geniş məlumat verib.

Görüş sual-cavab hissəsi ilə davam edib. Azərbaycanlı həkimlər belə bir əhəmiyyətli görüşün təşkilinə görə təşəkkürlərini ifadə edib, səhiyyə nazirinə fəaliyyət prosesində rastlaşdıqları problemlər barədə məlumat verib və təkliflər irəli sürüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*