Türkiyədə meşə yanğını nəzarət altına alındıbackend

Türkiyədə meşə yanğını nəzarət altına alındı

Türkiyənin Mərmərə bölgəsində 5 gündür davam edən meşə yanğını nəzarət altına alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi məlumat verib.

O bildirib ki, soyutma üzrə işlər gün boyu və növbəti günlərdə davam edəcək.

Yanğını törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb. Əməlini etiraf edən şəxs ailəsi ilə arasındakı mübahisə səbəbindən içki qəbul etdiyini və bundan sonra yanğını törətdiyini bildirib.

Qeyd edək ki, yanğın nəticəsində 4500 hektar ərazi kül olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*