Türkiyədə yenidən komendant saatı elan edildibackend

Türkiyədə yenidən komendant saatı elan edildi

Türkiyədə koronavirusla bağlı 31 vilayətdə həftə sonları komendant saatı elan edilib.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərar Daxili İşlər Nazirliyi tərəfindən verilib.

Qərara əsasən, aprelin 17-də saat 00:00-dan aprelin 20-i saat 00:00-dək 31 vilayət ərazisində evdən çıxmaq qadağan ediləcək.

Bu müddət ərzində yalnız çörək, ərzaq mağazaları, apteklər və tibb müəssisələri açıq olacaq.

Poçt, kütləvi informasiya vasitələri kimi qurumlar işini davam etdirəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*