Türkiyədən 782 min manatlıq qızılı qaçaqmalçılıq yolu ilə gətirən şəxsdən xəbər varbackend

Türkiyədən 782 min manatlıq qızılı qaçaqmalçılıq yolu ilə gətirən şəxsdən xəbər var

Dələduzluqda və qaçaqmalçılıqda təqsirləndirilən Elman Atakişiyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

İttihama görə, Elman Atakişiyev İnqilab Babayev, Tural Səmədzadə və adları istintaqla müəyyən edilməyən şəxslərlə cinayət əlaqəsinə girib, Türkiyədən ölkəyə 782 349 manat dəyərində zərgərlik məmulatlarını qaçaqmalçılıq yolu ilə gətirib. İstintaq müəyyən edib ki, təqsirləndirilən Elman Atakişiyev üç nəfərə qarşı dələduzluq edib. İş üzrə təqsirləndirilən digər şəxslərin işi ayrıca icraata verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxslə qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*