Türkiyəli nazir: “Konstitusiyanın 24-cü maddəsində hicaba görə dəyişiklik ediləcək”backend

Türkiyəli nazir: "Konstitusiyanın 24-cü maddəsində hicaba görə dəyişiklik ediləcək"

Türkiyədə qadınların hicab taxmağı ilə bağlı konstitusiyaya dəyişiklik edilir.

KONKRET.az xəbər verir ki, bu barədə Ədliyyə naziri Bəkir Bozdağ TRT Haber telekanalında sualları cavablandırarkən deyib.

“Hələlik yalnız bir maddədə dəyişiklik edilməsinə qərar verildi.

Kılıçdaroğlu bu təklifi TBMM-ə təqdim edəndə prezidentimiz əks təkliflə çıxış edərək dedi ki, artıq belə bir problem yoxdur.

Əvvəlcə siyasətçilər, sonra konstitusiya hüququ professorları ilə araşdırma apardıq. Sonra kabinetə təqdimat etdim. Müzakirələrdən sonra qərara gəldik: Gəlin bunu bir maddədə dəyişiklik edək.

Yalnız bir maddənin dəyişdirilməsi qərara alınıb. Maddə 24. Bu tənzimləmə təkcə başını örtən qadınları deyil, həm də başı açıq qadınların hüquqlarını qoruyacaq”, – nazir Bozdağ, deyib.

Daha sonra o, yeni həbsxana tikintisinə də münasibət bildirib.

“Həbsxana tikintisi lovğalanacaq, danışılacaq bir şey deyil. Kaş ki, cinayətkarlar olmasaydı, həbsxanalar da olmasaydı. Görməli olduğumuz işlər bunlardır”, – nazir bildirib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə qadınların hicab taxmasına dair Konstitusiya təminatının yaradılması şərtini irəli sürüb.

“Biz qadınlarımızı heç vaxt hicablı və ya örtüksüz olaraq təsnif etməmişik, lakin hələ də onların şüurunda bu ayrı-seçkiliyin öhdəsindən gələ bilməmişik. Bu məsələ cansıxıcıdırsa, referenduma çıxaraq, parlamentdə bu məsələ həll olunmursa, xalq qərar versin”, – Ərdoğan deyib.

Prezident onu da qeyd edib ki, hicab seçimi insanın şəxsi hüququdur.

Qeyd edək ki, Türkiyədə uzun müddət qadınların məktəblərdə və ictimai təşkilatlarda baş örtüyü taxmasına qadağa tətbiq edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*