İstanbul Baş Prokurorluğu Türkiyənin Ədliyyə Nazirliyinə İsrailin baş naziri Benyamin Netanyahuya qarşı cinayət işinin başlanması üçün sorğu göndərib.
KONKRET.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
Məlumata görə, Netanyahunun soyqırım cinayətinə görə Beynəlxalq Cinayət Məhkəməsində (ICC) mühakimə olunması tələb olunur.
İsrailin baş nazirinə qarşı iddianı hakim Ədalət və İnkişaf Partiyasından olan keçmiş millət vəkili Metin Kulunk və vəkillər Mücahit Birinci və Burak Bekiroğlu qaldırıb.
BCM-ə göndərilməsi nəzərdə tutulan petisiyada Netanyahunun “müharibə cinayətləri”, “insanlığa qarşı cinayətlər” və “soyqırım” ittihamları ilə mühakimə olunması xahiş olunur.
Oktyabrın 7-dən İstanbul Baş Prokurorluğunun Netanyahuya qarşı qaldırdığı cinayət işlərinin də Ədliyyə Nazirliyinə göndərildiyi bildirilir.
Ariz Həsənoğlu,
KONKRET.az