ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin yeni rəhbəri Ben Kardin F-16 qırıcılarının Türkiyəyə satışı məsələsini yenidən araşdıracağına söz verib.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Kardin jurnalistlərə deyib:Məsələnin həlli təkcə Türkiyənin İsveçin NATO-ya daxil olmasına etirazlarını aradan qaldırmasından getmir.
“Türkiyə bildirir ki, İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası gələn ayın əvvəlində həyata keçiriləcək. Əgər belədirsə, onda heç olmasa NATO məsələsini həll edəcəyik”. – Kardin deyib.
Qeyd edək ki, Kardin komitənin rəhbəri vəzifəsində rüşvətxorluqda ittiham olunan Robert Menendesi əvəz edib.
Ariz Həsənoğlu,
KONKRET.az
