Türkiyəyə qarşı casusluq etməkdə şübhəli bilinən Yunanıstan vətəndaşı SAXLANILDI – FOTObackend

Türkiyəyə qarşı casusluq etməkdə şübhəli bilinən Yunanıstan vətəndaşı SAXLANILDI - FOTO

Türkiyə Milli Kəşfiyyat Xidməti (MİT) Yunanıstan vətəndaşını casusluq ittihamı ilə saxlayıb.

KONKRET.az-ın məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər verir. Yunanıstan Milli Kəşfiyyatı adından Türkiyəyə qarşı casusluq etməkdə şübhəli bilinən Yunanıstan vətəndaşı Məhəmməd Amar Ampara Türkiyə xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

“Təhlükəsizlik güclərindəki mənbələrə görə, MİT-in araşdırması nəticəsində Yunanıstan vətəndaşı Məhəmməd Amar Amparanın Yunanıstan Milli Kəşfiyyat Xidməti adından Türkiyədə casusluqla məşğul olduğu müəyyən edilib”, – məlumatda deyilir.

MİT əməliyyatı zamanı saxlanılan Amparanın Türk Silahlı Qüvvələrinin sərhəddəki bölmələri ilə bağlı məlumat toplayıb Yunanıstan kəşfiyyatına ötürdüyü qeyd edilir.

O, Türkiyədəki suriyalılar və Yunanıstandakı FETÖ tərəfdarları haqqında da məlumat toplayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*