Ucarda ağır avtoqəza: 3 ölü, 2 yaralıbackend

Ucarda ağır avtoqəza: 3 ölü, 2 yaralı

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

KONKRET.az-ın xəbərinə görə, hadisə 21:00 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə 3 nəfər dünyasını dəyişib, 2 nəfər isə xəsarət alıb. Hələlik ölən və xəsarət alanların adları məlum deyil.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*