Ucarda dəmir yolu stansiyasında komada olan yaralı şəxs tapıldıbackend

Ucarda dəmir yolu stansiyasında komada olan yaralı şəxs tapıldı

Ucarda dəmiryolu stansiyasından koma vəziyyətində olan yaralı şəxs tapılıb.

KONKRET.az-ın xəbərinə görə, bu gün səhər saatlarında bir nəfər şəxsin dəmi yolu stansiyasında yaralı və huşsuz vəziyyətdə olması ilə bağlı Ucar Mərkəzi rayon Xəstəxanasının təcili yardım şöbəsinə müraciət olunub. Həmin şəxs xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, koma vəziyyətində olan şəxs, Göyçay rayonunun Çərəkə kənd sakini, 1990-cı il təvəllüdlü Samir Faiq oğlu İbrahimovdur.

Həkimlər S. İbrahimovun vəziyyətinin ağır olduğunu deyirlər. Zərərçəkənin hansı səbəbdən belə bir duruma düşməsi barədə hələlik dəqiq məlumat yoxdur.

Fakt araşdırılır./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*