Ukrayna 2030-cu ilə qədər Aİ-yə üzv ola bilər – Katarina Maternovabackend

Ukrayna 2030-cu ilə qədər Aİ-yə üzv ola bilər - Katarina Maternova

Ukrayna 2030-cu ilə qədər Aİ-yə üzv ola bilər.

KONKRET.az xəbər verir ki, bunu Aİ-nin Kiyevdəki səfiri Katarina Maternova deyib.

O, Brüsselin qoyduğu islahatların başa çatdırılmasını Ukraynanın Aİ-yə üzvlüyü üçün şərt adlandırıb. Bura məhkəmə və qanunvericilik islahatları, o cümlədən milli azlıqların hüquqlarının müdafiəsi, habelə korrupsiyaya qarşı uğurlu mübarizə daxildir.

“İnanıram ki, Ukrayna Avropa Komissiyasının 2022-ci il iyun tövsiyəsində qeyd etdiyi yeddi addım istiqamətində işləri başa çatdıracaq.Düşünürəm ki, çox çalışsaq, 2030-cu il real son tarixdir”, – diplomat bildirib.

Onun sözlərinə görə, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar bu ilin dekabrında başlaya bilər.

Ariz Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*