Ukrayna Belqorodu raketlə vurdu – Ölənlər varbackend

Ukrayna Belqorodu raketlə vurdu - Ölənlər var

Ukraynanın gecə saatlarında Belqorod vilayətinin Rakityanski rayonunu atəşə tutması nəticəsində 5 nəfər həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə rayon rəhbəri Vyaçeslav Qladkov özünün Telegram kanalında danışıb.

“Rakityanski rayonu atəşə tutulub. 12 nəfər yaralanıb, onlardan 9-u xəstəxanaya yerləşdirilib, 6 nəfərin vəziyyəti ağırdır, O cümlədən 16 yaşlı qız əməliyyatdan sonra Uşaq Rayon Xəstəxanasında reanimasiyadadır”, – deyə o qeyd edib.

Qladkov əlavə edib ki, hazırda həkimlər zərərçəkənləri stabilləşdirmək üçün hər şeyi edirlər: “Lazım gələrsə, Moskvaya müalicəyə göndəriləcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*