Bu ilin əvvəlindən Rusiyanın 9 regionunda 13 neft emalı zavoduna Ukrayna silahlı qüvvələrinə məxsus 15 dron hücümu olub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, zərbələr nəticəsində 8 obyektə ciddi ziyan dəyib. “Hücum edilən zavodların ümumi istehsal gücü ildə təxminən 178 milyon tondur. Bununla belə, zədələnənlərin ümumi gücü ildə 83 milyon tondur”.
Bu yaxınlarda Ukrayna qüvvələri Kaluqa vilayətindəki zavoda, həmçinin Sızran və Novokuibışevsk neft emalı zavodlarına zərbələr endirib. Martın 17-nə keçən gecə pilotsuz təyyarələr Krasnodar diyarında neft emalı zavodunu hədəfə alıb.
Mənbələrinə görə, növbəti hədəflər Ryazan və Samaradakı obyektlər ola bilər. “Rosneft”ə aid olan Ryazan Neft Emalı Şirkəti ölkənin üçüncü neft emalı zavodudur və Mərkəzi Federal Dairənin ən böyük neft emalı zavodudur. Bir il ərzində təkcə o, Rusiya Ordusunun ehtiyaclarını ödəməyə və 3,6 milyon ton benzin, 4,5 milyon ton dizel yanacağı və 1,2 milyon ton təyyarə yanacağı istehsal etməyə qadirdir.
Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko bildirib ki, bu taktika Rusiya daxilində yanacaqla bağlı kritik vəziyyətə gətirib çıxara bilər.
Xatirə SADİQ,
KONKRET.az
