Ukrayna klubu türkiyəli hakim Arda Kardeşlerin oyunu idarə etməsini istəmirbackend

Ukrayna klubu türkiyəli hakim Arda Kardeşlerin oyunu idarə etməsini istəmir

“Krivbass” UEFA-dan Konfrans Liqasında “Betis”lə keçiriləcək ilk oyunun hakiminin dəyişdirilməsini tələb edib.

KONKRET.az xəbər verir ki, Ukrayna təmsilçisi bununla bağlı qitə futbol qurumuna müraciət ünvanlayıb.

 

Ukraynalılar Arda Kardeşlerin başçılıq etdiyi türkiyəli hakimlər briqadasının Rusiya – Serbiya yoldaşlıq matçını idarə etməsindən narazıdırlar.

“Krivbass”ın açıqlamasında Kardeşlerin Ukrayna klublarının oyunlarına təyinatının yolverilməz olduğu bildirilib.

Qeyd edək ki, komandalar arasında ilk oyun avqustun 22-də Koşisedə (Slovakiya), cavab matçı isə 1 həftə sonra Sevilyada olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*