Maldiv adalarında 5 İtaliya vətəndaşı öldübackend

Maldiv adalarında 5 İtaliya vətəndaşı öldü

Maldiv adalarında sualtı mağaraların tədqiqi zamanı baş verən bədbəxt hadisə nəticəsində 5 İtaliya vətəndaşı ölüb.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Maldiv adalarının Vaavu atolunda akvalanqla dalış zamanı baş verib.

Dalğıclar təxminən 50 metr dərinlikdə yerləşən mağaraları araşdırmağa çalışarkən ölüblər.

Ölənlər arasında dalğıc təlimatçısı, dəniz biologiyası professoru, onun qızı və Genuya Universitetinin iki gənc tədqiqatçısı da var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*