ABŞ son həftələrdə Kuba yaxınlığında müşahidə uçuşları və pilotsuz aparat fəaliyyətini kəskin şəkildə artırıb.
KONKRET.az xəbər verir ki, əməliyyatlarda Boeing P-8 Poseidon, Boeing RC-135 və MQ-4C Triton kimi hərbi hava vasitələrindən istifadə olunur.
Rəsmilər bildiriblər ki, bu missiyaların məqsədi kəşfiyyat məlumatı toplamaq və Kubaya siyasi təzyiq göstərməkdir. Bunun yaxın zamanda hərbi müdaxilə siqnalı olmadığı vurğulanıb./infoaz.media