Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 nəfər tapıldı – VİDEO – YENİLƏNİB+3backend

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 nəfər tapıldı - VİDEO - YENİLƏNİB+3

Ukrayna Silahlı Qüvvələrinin “Qavqaz” limanında yanacaq çənləri olan dəmir yolu bərəsinə hücumundan sonra batmış 17 nəfər sudan xilas edilib. İki ekipaj üzvünün taleyi isə hələ ki, məlum deyil.

KONKRET.az xəbər verir ki, bu barədə Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev öz “Telegram” kanalında bildirib.

“Hazırda 17 ekipaj üzvü xilas edilib, qalanların xilas edilməsi üçün əməliyyatlar davam etdirilir. İki nəfərin də tapılmasına ehtiyac var. Axtarış-xilasetmə əməliyyatlarının aparılmasında göstərdikləri operativliyə görə təcili yardım xidmətinə təşəkkür edirəm”, – deyə o bildirib.

20:17

Ukrayna Krasnodar diyarının Temryuk rayonundakı “Qafqaz” limanına hücum edib.

KONKRET.az xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.

Ukrayna raketinin “Conroe Trader” dəmiryol bərəsinə düşdüyü bildirilib. Onun göyərtəsində neft sisternlərinin olduğu da məlumatlar arasındadır.

Hücumun Odessa vilayəti ərazisindən törədildiyi bildirilirb.

Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.

İnsidentlə əlaqədar Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*