Ukrayna mühüm strateji şəhərini itirirbackend

Ukrayna mühüm strateji şəhərini itirir

Ukrayna Silahlı Qüvvələri yəqin ki, Uqledarı tərk etməyə başlayıb. Şəhərin ruslar tərəfindən tutulması an məsələsidir, rus ordusu öz cinahlarında irəliləyir.

KONKRET.az BBC-yə istinadən xəbər verir ki, bu barədə “Deep State” analitik layihəsinin həmtəsisçisi Ruslan Mikula yazıb.

“Düşmən şəhərdəki Müdafiə Qüvvələrinin qruplaşmasını mühasirəyə almaq məqsədilə hücum əməliyyatlarını davam etdirir, Novoukrainka ərazisinə basqın edərək Boqoyavlenkadan Uqledara gedən magistral yola çatmağa çalışır. Vodyanoyda da vəziyyət ağırdır… Düşmənin irəliləməsini də şəhərin özündə qeydə alırıq. Artıq Uqledar yaxınlığında Rusiya hücum təyyarələrinin videosu var. Müvafiq olaraq, biz başa düşməliyik ki, bu cür dinamika ilə şəhərin daha da itirilməsi yalnız zaman məsələsidir”, – deyə Mikula bildirib.

Onun proqnozlarına görə, ruslara şəhəri tamamilə ələ keçirmək üçün bir neçə həftəyə qədər vaxt lazım olacaq.
Mikula hesab edir ki, ruslar Uqledarı tutandan sonra şəhəri cənubdan mühasirəyə almaq üçün şimala – Kuraxovo istiqamətində hərəkət edə bilərlər, çünki Kuraxovo logistika cəhətdən mühüm şəhərdir:
“Uqledar böyük strateji əhəmiyyətə malikdir. Təpədə və iki cəbhənin qovşağında yerləşir. Şəhərdən 18 km şərqdə Rusiya ordusunun Donetsk-Volnovaxa xətti boyunca və daha da cənuba qoşun və texnika keçirə biləcəyi dəmiryol relsləri var”.

İlkanə Şəvəqqət,

 KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*