Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutdubackend

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutdu

Ukrayna və Rusiya növbəti dəfə əsir mübadiləsi həyata keçirib.

KONKRET.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş Kəşfiyyat İdarəsi bildirib.

Məlumata görə, Əsirlərin Mübadiləsi üzrə Koordinasiya Qərargahı 5-ə 5 düsturuna əsasən 5 vətəndaşı azad edə bilib.

“Sərbəst buraxılanların hamısı qanunsuz saxlanılan mülki şəxslərdir”, – Qərargahın açıqlamasında deyilir.

Əsirlərin dəyişdirilməsi ilə yanaşı, ölən ukraynalı əsgərin meyitini geri qaytarmağa nail olunub.

Bundan əvvəl iyunun 10-da Rusiya ilə “5-ə 4” düsturuna əsasən məhbus mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*