Ukrayna ordusu Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalında mülki dəniz tankerinə növbəti dəfə dronla hücum edib.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, kapitan və onun böyük köməkçisi istisna olmaqla, heyət təxliyə edilib:
“Xəsarət alan yoxdur. Neftin yüklənməsi saxlanılıb, lakin onun sızmasının və alışmasının qarşısı alınıb”.
Qeyd edək ki, Ukrayna ordusu ötən gün də analoji hücum həyata keçirmişdi.
