Ukraynada matç hücum xəbərdarlığına görə 4,5 saata bitdibackend

Ukraynada matç hücum xəbərdarlığına görə 4,5 saata bitdi

Ukrayna Premyer Liqası “Dnepr-1” – “Oleksandriya” matçı hava hücumu xəbərdarlığı sirenləri səbəbindən 4 saat 36 dəqiqəyə başa çatıb və bu, liqa tarixinin ən uzun matçı olub.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın “Dnepr Arena” stadionunda keçirilən qarşılaşma sirenlər səsləndiyi üçün nəzərdə tutulduğundan 15 dəqiqə gec başlayıb.

Meydan sahibi “Dnepr-1” 34-cü dəqiqədə Oleksandr Filippovun qolu ilə 1:0 önə keçib və ilk hissə bu hesabla başa çatıb.

İkinci hissənin əvvəlində sirenalar səsləndiyi üçün paltardəyişmə otağına gedən futbolçular üçün matçı başa vurmaq asan olmayıb. Eyni səbəbdən dəfələrlə fasilə verilən qarşılaşma 4 saat 36 dəqiqəyə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*