“İndi Ukraynaya Rusiyanın şərtləri ilə razılaşmağı və təslim olmağı tövsiyə etmək vaxtı deyil”.
KONKRET.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq “Reuters” agentliyinə müsahibəsində deyib.
O bildirib ki, hazırda Ukraynaya yeni silahların verilməsi ilə bağlı dialoq aparmaq lazımdı.
“Əgər biz danışıqlar yolu ilə uzunmüddətli sülh yolu ilə həll istəyiriksə, ona gedən yol Ukraynaya hərbi dəstək verməkdən keçir”, – Stoltenberq Papa Fransiskin son bəyanatını şərh edərkən vurğulayıb.
O əlavə edib ki, döyüş meydanında baş verən hadisələr Ukrayna və Rusiya arasında mümkün danışıqlara birbaşa təsir edir.
“İndi ukraynalıların təslim olması barədə danışmağın vaxtı deyil. Bu, ukraynalılar üçün faciə olacaq. Bu bizim hamımız üçün təhlükəli olacaq”, – deyə baş katib qeyd edib.
Burhan,
KONKRET.az
