Ukraynanın son hücumu zamanı Belqorodda ölənlərin sayı ikiyə çatdıbackend

Ukraynanın son hücumu zamanı Belqorodda ölənlərin sayı ikiyə çatdı

Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətini mərmi atəşinə tutması nəticəsində ölənlərin sayı ikiyə çatıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində həyatlarını itirənlərdən biri hərbçi, digəri isə mülki qadındır.

Qubernator Vyaçeslav Qladkovun sözlərinə görə, daha doqquz nəfər yaralanıb. Üç uşağın ayaqları qəlpələrdən yaralansa da, onları xəstəxanaya yerləşdirilməsinə ehtiyac duyulmayıb.

Xatırladaq ki, martın 14-də Belqorod üzərində on hava hədəfi vurulub. Hava hücumları zamanı səkkiz yaşayış binası, üç fərdi yaşayış evi və üç yardımçı tikili zədələnib, 13 avtomobilə ziyan dəyib, təhsil müəssisəsinin pəncərəsi çatlayıb.

Qeyd edək ki, Ukraynaya genişmiqyaslı hərbi təcavüz edəndən bəri Rusiyanın digər sərhədyanı rayonları kimi Belqorod, Bryansk, Kursk vilayətləri müntəzəm olaraq atəşə tutulur və pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalır.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*