Unikal tanışlıq proqramı yaradıldı – Yaponiyadabackend

Unikal tanışlıq proqramı yaradıldı - Yaponiyada

Tokio bələdiyyəsi yaponları evlənməyə və uşaq sahibi olmağa təşviq etmək üçün unikal tanışlıq proqramı yaradıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ölkədəki demoqrafik böhran şəraitində yaradılan unikal tanışlıq proqramı “Tokio Futari Story” adlanır.

Tətbiqin adı “iki nəfər” mənasını verən “Futari” sözündəndir. Maraqlanan subaylar boylarını, peşələrini, təhsillərini, sürücülük vəsiqələrini, gəlirlərini yoxlamaq üçün vergi bəyannaməsini və evlənməyə hazır olduqlarını bildirən imzalanmış formanı proqrama daxil etməklə ürəyi istədiyi xanımla tanışlığa başlaya bilər.

Tokio Böyükşəhər Hökuməti tanışlıq proqramı ilə bağlı şərh verməkdən imtina etsə də, evlənmək istəyən subaylar üçün bir platforma təmin etmək üçün bir sıra tədbirlərə sponsorluq edir.

Rəsmilər evlənmələrin və doğumların sayının azaldığını nəzərə alaraq, onların romantika axtarışlarının boşa getməyəcəyinə ümid edirlər.

Qeyd edək ki, Yaponiyada 40 ildən artıqdır ki, evlənmək və uşaq böyütmək istəyi azaldığından və maliyyə gərginliyi artdığından doğum nisbəti aşağı düşür.

Nazirlik qeyd edib ki, nəticələr 1899-cu ildən bəri ən aşağı səviyyədədir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*