ÜST yeni pandemiya barədə XƏBƏRDARLIQ ETDİbackend

ÜST yeni pandemiya barədə XƏBƏRDARLIQ ETDİ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri bəşəriyyət üçün yeni pandemiya təhlükəsini proqnozlaşdırıb.

Bu barədə KONKRET.az xarici mediaya istinadən xəbər verir.

Mayın 23-də Cenevrədə keçirilən illik assambleyada ÜST-nin rəhbəri Tedros Qebreyesus bildirib ki, yeni pandemiya təhlükəsini istisna etmək olmaz:

“Ölümə səbəb ola biləcək başqa bir COVID variantının təhlükəsi hələ də qalmaqdadır. Daha da ölümcül potensiala malik yeni patogenin ortaya çıxması təhlükəsi var”.

Baş direktor bütün dünyanı gələcəkdə təhlükəyə kollektiv cavab verməyə hazır olmağa çağırıb.

Qeyd edək ki, mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının bitdiyini elan edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*