“Uzun illər Şuşaya türklər saxta adlarla gəlib gedirdilər, oteldə qalırdılar” –  Vardanyanbackend

"Uzun illər Şuşaya türklər saxta adlarla gəlib gedirdilər, oteldə qalırdılar" - Vardanyan

“Uzun illər Şuşada bir alman yaşayırdı, sonradan məlum olub ki, o, türk (azərbaycanlılar və türklər nəzərdə tutulur) imiş”.

KONKRET.az xəbər verir ki, bunu bir neçə gün əvvəl daşnak Ağvan Vardanyan deyib. O, uzun illər Şuşada bir almanın yaşadığını, sonra onun türk olduğunun üzə çıxdığını bildirib.

Özünü Şuşanın qondarma “meri” adlandıran separatçı isə bu fikrə etiraz edib.

“Əslində alman yaşamırdı, amma türklər saxta adlarla gəlib gedirdilər, oteldə qalırdılar, belə olub”, – qondarma “mer” izah edib.

Bu açıqlama erməniləri çox qəzəbləndirib. Onlar şərhlərdə ittihamlarını erməni hökumətinə və qondarma “rəhbərliyə” çatdırıblar.

“Bu adamların hamısı Şuşada türklərin yaşadığını bilə-bilə heç bir iş görməyib, indi şəhəri itirəndən sonra hamını türk adlandırıb, özlərindən başqa hamını şəhəri təslim etməkdə ittiham edirlər. Bu insanların çox gec deyilsə, psixoloji dəstəyə ehtiyacı var”, – deyə rəylərdə yazıblar.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*