Vaşinqtonda siyasi şərhçi Pol Qobl deyir ki, indi tərəflər arasında gərginlik iki ay əvvəl olduğundan daha çoxdur.
KONKRET.az xəbər verir ki, Pol Qobla görə, Ermənistanda və Rusiyada bəzi qüvvələr istəmir ki, Naxçıvan dəhlizi açılsın. Ona görə də proses uzadılır.
İşxan Verdyan isə bunları bildirir: “Vəziyyət belədir ki, xalqı müharibəyə hazırlayırlar. Deyirlər ki, yenə nəsə böyük bir hadisə başlayacaq. Məncə, bu, cəfəngiyyatdır. Belə bir şeyin baş verməsi qeyri-mümkündür. Dəqiq bildiyim budur ki, Ermənistanda heç kim müharibə istəmir. Məncə, keçirilən hərbi təlimlər də xalqı sakitləşdirməyə yönəldilib”.
