İlkin planların əksinə olaraq, Bundesver briqadanın şəxsi heyətini tamamlamaq üçün Litvaya könüllülərdən deyil, məcburi qaydada seçilmiş hərbçilərdən də göndərməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, nəşrin məlumatına görə, bu qərarı Almaniyanın müdafiə naziri Boris Pistorius qəbul edib.
Jurnalistlərin əldə etdiyi məlumata görə, 2027-ci ilin sonuna qədər Litvada 4800 alman hərbçisi daimi yerləşdirilməlidir. Lakin könüllülər hesabına tələb olunan vəzifələrin yalnız 60 faizini doldurmaq mümkün olub.
İlk növbədə Litvada yerləşdiriləcək Bundesver briqadasında İT mütəxəssisləri, logistika əməkdaşları, aşpazlar və sıravi hərbçilər çatışmır. “Bild”in məlumatına görə, söhbət briqadanın bütün şəxsi heyətinin 20 faizinə qədərindən gedə bilər. Bununla belə, Bundesver bu fərqi 10 faizə qədər azaltmağa ümid edir.
Almaniya hökuməti Rusiyadan artan təhlükəyə qarşı tədbir kimi Bundesverin 45-ci tank briqadasını NATO-nun şərq cinahında – Litvada yerləşdirmək qərarına gəlib.
2026-cı ilin iyun ayına olan məlumata görə, Litvada təxminən 1800 alman hərbçisi yerləşirdi.
Rəsmiyyə Şərifova,
KONKRET.az
