Xaçmazda motosikletçi ağır qəzaya düşdübackend

Xaçmazda motosikletçi ağır qəzaya düşdü

Hadisə bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində baş verib. Konkret.az-ın şimal bürosunun vediyi xəbərə görə, rayonun Qusarçay kənd sakini, 1979-cu il təvəllüdlü Mürsəlov Ağaşərif Nəsrulla oğlu özünün idarə etdiyi motosikleti ilə qəzaya düşüb. Nəticədə o ağır bədən xəsarətləri alıb. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan aldığımız məlimata görə, yaralının vəziyyəti ağırdır. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Cəlal Fərzəliyev,

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*