Hadisə bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində baş verib. Konkret.az-ın şimal bürosunun vediyi xəbərə görə, rayonun Qusarçay kənd sakini, 1979-cu il təvəllüdlü Mürsəlov Ağaşərif Nəsrulla oğlu özünün idarə etdiyi motosikleti ilə qəzaya düşüb. Nəticədə o ağır bədən xəsarətləri alıb. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan aldığımız məlimata görə, yaralının vəziyyəti ağırdır. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.