Xalq artisti: “Azərbaycanca bilməməyim nöqsanımdır”backend

Xalq artisti: “Azərbaycanca bilməməyim nöqsanımdır”

Xalq artisti Emin Ağalarov ilk dəfə Azərbaycan dilində danışa bilməməyi haqda açıqlama verib.

KONKRET.az xəbər verir ki, bu mövzu ilə bağlı sənətçinin “Persona” verilişinə masahibəsi zamanı aparıcı Nicat Xəlilov söz açıb.

O deyib: “Mən indi azərbaycanca danışsam, yəqin ki, siz məni başa düşərsiniz”, – deyə, Azərbaycan dilində bildirib.

Emin isə çətinliklə anladığını qeyd edib:

“Çox çətinliklə başa düşürəm. Anlayıram ki, bu, mənim nöqsanımdır. Hərdən güzgüyə baxanda bunu özümə də deyirəm. Belə alınıb ki, 3 yaşım olanda valideynlərim Moskvaya köçüblər. Bütün ömrümü Azərbaycandan kənarda yaşamışam. Uşaq əsas dilini evdəki danışıqdan götürür. Bizim evdə rusca danışırdılar.

Biz sovet dövrünün törəmələriyik. Rus dili onda dominant idi. Mən əcnəbi dilləri öyrəndiyim üçün belə alındı ki, Azərbaycan dilini öyrənmədim. İndi bildiklərimlə kifayətlənməli oluram. Azərbaycan dilini öyrənmək planımda həmişə olub. Mütəmadi olaraq söz bazamı artırıram. Bunun üçün oturub bu işlə məşğul olmalısan. Mənim çoxlu müxtəlif işlərim olduğuna görə hər şeyə gücüm və vaxtım qalmır”. (Olay)

 

  • Garachanta
    May 1, 2024 - 22:54

    yox ….rus gavur dili Sizin Ana Dilinizdir…niyə nöqsan sayırsınız?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*