Xamaneinin mühafizə xidmətinin komandanı vəzifəsindən azad edildi.
KONKRET.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Məlumata görə, Xamaneinin mühafizə xidmətinin komandanının vəzifəsindən azad edilməsi qərarı İsraillə kəşfiyyat müharibəsində son məğlubiyyətlərdən sonra verilib.
SEPAH-ın yüksək rütbəli komandanlarının yerdəyişməsindən sonra, Həsən Məşruifərd İbrahim Cabbarinin yerinə İranın ali rəhbərinin şəxsi mühafizəsinə cavabdeh olan SEPAH-ın “Vəli-ye Əmr” birləşməsinin komandanı təyin edilib.
Xatırladaq ki, bundan öncə İranın nüvə və hərbi proqramları ilə əlaqəli şəxslərini qoruya bilməməsi və SEPAH-ın Kəşfiyyat İdarəsinə bağlı bir neçə terror qruplarının Türkiyədə İsrail vətəndaşlarına sui-qəsd planı hazırlayarkən həbs edilməsinə görə, İranı İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat (ETTELAAT) İdarəsinin rəisi Hüseyn Taib vəzifəsindən kənarlaşdırılıb.
Xuraman Etibarlı,
KONKRET.az
