Qarabağdan Ermənistan xəstəxanalarına aparılmış 7 nəfər ölüb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib, Qarabağın müxtəlif tibb müəssisələrindən müalicə üçün Ermənistana aparılan 7 nəfər orada ölüb. Onların arasında 6 nəfər Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində xəsarət alıb./APA
