backend

Xankəndidə su qıtlığı yaşanır

Azərbaycanın Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Xankəndi şəhərində su qıtlığı səbəbindən fövqəladə vəziyyət tətbiq edilir.

KONKRET.az xəbər verir ki, Xankəndinin 30% əhalisi içməli su qıtlığı ilə üzləşib. “Su və kanalizasiya” şirkətinin direktoru Qaqik Poqosyan bildirib ki, son 40 gündür şəhərdə yağış yağmayıb. Havanın temperaturu isə 30 dərəcədən aşağı enməyib.

Həmçinin qeyd olunur ki, Xankəndi sakinləri suyu Meqraqet, Hraqet və Vararak çaylarından alır. Bu çaylarda da suyun səviyyəsi enib və böyük bir hissəsi quruyub.

Havanın tepmeraturunun artması şəhərdə su qıtlığı ilə bağlı məsələni aktual saxlayır. Hazırda yanğınsöndürənlər vasitəsilə əhaliyə içməli suyun çatdırılmasına çalışılır.

Poqosyan əhalinin sayı ilə bağlı həqiqətə uyğun olmayan rəqəmlər də səsləndirib. Onun sözlərinə görə, indi Xankəndidə 75 min adam yaşayır və təbii olaraq su istehlakı artıb. Amma sosial şəbəkələrin hər iki seqmentində yayılan foto-videolardan görünür ki, ermənilər Azərbaycan şəhərini sürətlə tərk edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*