Xəbəri yoxdur, amma adına üç şirkət var – VİDEObackend

Xəbəri yoxdur, amma adına üç şirkət var - VİDEO

Bakıda yaşayan Şəki sakini İlkin Ağayevin xəbəri olmadan adına üç şirkət açılıb. Hazırda onun 61 min manatdan çox vergi borcu yaranıb.

KONKRET.az Xəzər TV-yə istinadən xəbər verir ki, İ.Ağayevin sözlərinə görə, 2023-cü ilin sonlarında əvvəlcədən tanıdığı Eşqin adlı şəxs ona günlük əməkhaqqısı 30 manat olan iş təklif edib.
Tərəflər razılaşıblar və bunun üçün “ASAN Xidmət” mərkəzinə gediblər. Zərərçəkmiş İ.Ağayev deyir ki, orada şəxsiyyət vəsiqəsini təqdim edib və nə üçün olduğunu bilmədiyi sənədlərə imza atıb.

Zərərçəkmiş bildirir ki, Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsindən bildiriş aldıqdan sonra adına üç şirkətin olmasından xəbər tutub. Bundan sonra o, bu işdə ona vasitəçi olan Eşqin adlı şəxsi axtarmağa başlayıb.

İ.Ağayev ərazi üzrə Yasamal Rayonu 28-ci Polis Bölməsinə dəvət edilib və orada onun şikayət ərizəsi alınıb. Bölmədən bildiriblər ki, həmin fakt araşdırılır.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən deyilib ki, qanunvericiliyə əsasən, elektron imza yalnız öz sahibinə məxsusdur. Elektron imza sahibi onun qorunmasına cavabdehdir və digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir.

Vətəndaşlar verdikləri etibarnamə əsasında onların adına təsis olunan hüquqi şəxslərin yaranmasına, hüquqi nəticələrinə görə məsuliyyət daşıyırlar və qanunu bilməmək heç kimi məsuliyyətdən azad etmir.

Daha ətraflı süjetdə:

 

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*