Rusiyada həkim əri tərəfindən qətlə yetirilib.
KONKRET.az Hadisə Moskva vilayətində baş verib.
Domodedovo xəstəxanasının şöbə müdiri azyaşlı qızlarının gözü qarşısında qətlə yetirilib.
İstintaqın məlumatına görə, iyunun 12-də Domodedovo şəhərində yerləşən mənzildə ər-arvad arasında münaqişə baş verib.
Mübahisə zamanı kişi həyat yoldaşına döş qəfəsi nahiyəsindən bir neçə bıçaq zərbəsi endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Bildirilib ki, ailənin 8 və 12 yaşlı qızları hadisənin şahidi olublar. Mərhumun böyük oğlunun sözlərinə görə, qızlar baş verənləri sonradan ögey qardaşlarına danışıblar.
Gəncin sözlərinə görə, ögey atası alkoqoldan asılı olub. O bildirib ki, həmin şəxs müxtəlif maddələr üzrə məhkumluq həyatı yaşayıb və daimi iş problemi olub. İddialara əsasən, o, tikintidə çalışıb və özünü kriminal aləmlə əlaqəsi olan biri kimi aparmağa çalışıb.
Qonşuların dediyinə görə, kişinin başqa bir qadınla münasibəti olub, ona pul göndərib və gələcəkdə onun yanına köçməyi planlaşdırıb. Son vaxtlar ailədə tez-tez mübahisələr yaşanırmış və öldürülən qadın boşanmaq üçün məhkəməyə müraciət etməyə hazırlaşırmış.
Mərhumun oğlunun sözlərinə görə, son mübahisəyə səbəb kişinin sərxoş vəziyyətdə avtomobil idarə etmək istəyi olub. Hadisə ilə bağlı araşdırma davam etdir
ilir.//Lent.az
