Hadisə bu gün saat 18 radələrində Xaçmaz rayonunun Nabran istirahət zonasında baş verib. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, dənizdə çimən qız qəflətən boğulmağa başlayıb. FHN-nin sularda xilasetmə xidmətinin Nabran xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən suda çıxarılan Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Məmmədova İncə Həsən qızıdır. Qıza dərhal ilkin tibbi yardım göstərilib. 24 yaşlı qızı ölümdən xilas edən Xilasetmə Xidmətinin rəisi Vaqif Hüseynov olub.
Cəlal Fərzəliyev,
Konkret.az
