“XİN rəhbərlərinin Almatıda görüşməsinin rəmzi mənası da var” – Tokayevbackend

“XİN rəhbərlərinin Almatıda görüşməsinin rəmzi mənası da var” - Tokayev

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev tərəflərin Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərləri arasında danışıqların Almatıda keçirilməsi təklifinə razılığını alqışlayıb.

KONKRET.az xəbər verir ki, Tokayev bu razılığı məmnunluqla qarşıladığını ifadə edərək görüşün həm də rəmzi mənasının olduğuna diqqət çəkib:

“Bu mühüm hadisənin 1991-ci ilin dekabrında MDB ölkələrinin dövlətlərarası sərhədlərin müəyyən edilməsi prinsiplərini təsdiq edən tarixi Alma-Ata Bəyannaməsinin imzalandığı şəhərdə baş tutması xüsusilə diqqətəlayiqdir”.

Natiq SƏLİM,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*