Yanacaqdoldurma məntəqəsinə hücum edən maskalı şəxs saxlanıldı – FOTObackend

Yanacaqdoldurma məntəqəsinə hücum edən maskalı şəxs saxlanıldı - FOTO

Gəncədə quldurluq hadisəsi törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, Nizami (Gəncə) Rayon Rolis İdarəsinə fevralın 22-də saat 5 radələrində Yeni Gəncə qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqəsinə gəlmiş maskalı şəxsin orada işləyən R.Ələkbərovu və H.Bağırovu bıçaqla hədələyib pul vermələrini tələb etməsi, lakin istədiyinə nail ola bilmədiyindən oranı yandırmağa cəhd göstərməsi barədə məlumat daxil olyb.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini R.Tağıyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*