“Putin uğur qazanmamalıdır”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib. O vurğulayıb ki, Berlin Ukraynaya bundan sonra da kömək etməlidir. ABŞ və Kanadaya dörd günlük səfərində nazir Rusiyanın təcavüzünə qarşı müdafiədə Ukraynaya birgə dəstəyin davam etdirilməsinin vacibliyini deyib:
“Putin amansız işğalçılıq müharibəsində uğur qazanmamalıdır. Müzakirə olunan sual demokratik dövlətlərin özünü müdafiə etmək iqtidarında olub-olmamasıdır. Bu, Avropa üçün ən mühüm strateji vəzifədir, Putinin müharibəsi dünya nizamı üçün ən böyük təhlükədir”.
Natiq Səlim,
KONKRET.az