Yaponiya höküməti Çinin bölgədə artan hərbi təsirinə və Şimali Koreyanın hədələyici raket sınaqlarına çarə axtarır. Buna görə də Yaponiya müdafiə və çəkindirmə qabiliyyətini artırmaq üçün ABŞ-dan “Tomaqavk” qanadlı raketlərini almaq niyyətindədir.
KONKRET.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Bildirilib ki, rəsmi Vaşinqton bu təklifə müsbət reaksiya verib.
Məlumata görə, Yaponiya 2026-cı ilə qədər özünün milli “Standoff” raketlərini istifadəyə verməyi hədəfləyir.
Qeyd edək ki, “Tomaqavk” raketlərinin alınması Çin və Şimali Koreyanın yarada biləcəyi regional təhlükələrə qarşı çəkindirmə qabiliyyətini artıracaq.
İqbal Rzayev,
KONKRET.az
